logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rayon sakinlərindən, Salyan, Azərbaycan

Text size icon-size icon-size

23 oktyabr 2023, 13:08

Möhtərəm cənab Prezident!

Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, Sizin müdrik siyasətinizin, qətiyyətli, qüdrətli liderliyinizin nəticəsi, bariz nümunəsidir. Siz tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Ali Baş Komandanısınız. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsi isə dövlət başçısı kimi fəaliyyətinizin 20-ci ildönümünün tamamında tarixi missiyanızın ən parlaq məqamlarından oldu.

Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin "Dəmir yumruğ"unun qəti qələbəsidir.

Sizin sayənizdə respublikamızın hər yerində olduğu kimi, Salyanda da tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Belə ki, rayon mərkəzində, qəsəbə və kəndlərdə küçələr, meydanlar özünün yaraşıqlı tərtibatı, abad görkəmi ilə diqqəti cəlb edir. Siz Salyan rayonuna səfəriniz zamanı əhali ilə görüşünüzdə demişdiniz: “Mən istəyirəm ki, Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilsin. Buna imkan vardır. Burada abadlıq-quruculuq işləri gedir. Bu, çox sevindiricidir. Bununla paralel olaraq bütün infrastruktur layihələri icra edilməlidir”.

Sizin tapşırıqlarınızın icrası istiqamətində rayonda görülən işlər, həyata keçirilən layihələr ardıcıl davam etdirilir. Hər yerdə ruh yüksəkliyi və əmək eşqi duyulur. Salyan şəhərində Əli bəy Hüseynzadə və Xəlil Rza Ulutürk küçələrinin dizaynı yenilənir. Şəhərin “Plastik” adlanan yaşayış massivində görülən işlər də ürəkaçandır. Əlövsət Quliyev küçəsində yaşayış binalarının dam örtükləri yenisi ilə əvəz edilir. Dəmiryol stansiyasına gedən 6 kilometrlik yüksəktəzyiqli qaz kəmərinin dəyişdirilməsi plastik kütlə emalı zavodunun qaz təchizatının yaxşılaşdırılmasına imkan yaradacaqdır. Həmin yaşayış massivində 640 şagird yerlik yeni məktəb binası inşa edilir. Eyni zamanda, rayonun Şorsulu kəndində 300 şagirdlik Avropa standartlarına uyğun iki ümumi orta məktəb binası inşa edilmişdir. Rayonun çox sayda kəndlərində asfaltlaşma işləri görülmüşdür.

Sizin Salyan rayonuna səfərləriniz, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığınız sərəncamlar rayonda tikinti-quruculuq və abadlıq işlərinin ardıcıl aparılması üçün geniş imkanlar açmışdır.

Rayon sakinləri göstərilən bu diqqət və qayğıya görə Sizə minnətdarlığını bildirirlər.

Hörmətlə,

Sadıqov Əzizağa Həsənağa oğlu,

Əhmədov Zabil Müzəffər oğlu,

Abbasov Asəf Zabitağa oğlu,

İbrahimov Akif Hüseynqulu oğlu,

Sadıqov Şakir Balabək oğlu,

Əkbərov Həyat Yusif oğlu,

İbrahimov Azər Hüseynqulu oğlu,

Hümmətov Ədalət Əzizağa oğlu,

İbrahimov Aşur Hüseynqulu oğlu və başqaları (119 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi