logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xanım Hacıyevadan, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

23 oktyabr 2023, 17:00

Hörmətli Prezident!

Ötən 20 il ərzində Azərbaycan xalqı şanlı tarix yazan, verdiyi bütün vədləri yerinə yetirən, dövlətini qüdrətli edən, bölgədə yeni reallıqlar yaradan bir Lider kimi Sizin yüksək intellektinizə, əzm və cəsarətinizə, qətiyyətinizə, iradənizə, uzaqgörənliyinizə, zəngin idarəçilik təcrübənizə şahidlik etdi. Belə yüksək keyfiyyətləri olan rəhbərə malik olmaq hər bir xalq üçün həqiqətən də qürurvericidir. Siz Azərbaycan xalqına elə böyük xoşbəxtlik bəxş etmisiniz ki, bunu heç vaxt unutmayacağıq. Sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm işlərinizi, fədakar xidmətlərinizi alqışlayırıq, hər zaman Sizin yanınızdayıq.

Sizə uzun ömür, cansağlığı, Vətən, xalq naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Hacıyeva Xanım

Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədov adına 5 nömrəli tam orta məktəbin direktoru,

Azərbaycan Respublikası, Zaqatala şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi