logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ramin Qasımovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

21 oktyabr 2023, 11:00

Hörmətli cənab Prezident!

Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər Sizin müdrik siyasətinizin, qətiyyətli, qüdrətli liderliyinizin nəticəsi, bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir.

Cənab Prezident, Sizin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyiniz töhfələr, bəxş etdiyiniz tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.

Möhtərəm Prezident, Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümü münasibətilə təbrik edir, Sizə uzun ömür və cansağlığı arzulayırıq.

Hörmətlə,

Qasımov Ramin

Azərbaycan Respublikası, Salyan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi