Təhminə Vəliyevadan, Abşeron, Azərbaycan
20 oktyabr 2023, 17:42
Cənab Prezident.
Oktyabrın 15-də Sizin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində Dövlət Bayrağımızı ucaltmağınızı, tarixi çıxışınızı böyük sevinclə və qürurla izlədik. Mən şəhid ailəsinin üzvü olaraq bir daha əmin oldum ki, şəhidlərimizin qanı yerdə qalmadı. Şəhidlərimizin ruhunun şad olması bizim üçün böyük təsəllidir.
Hörmətli cənab Prezident, Siz bizi qalib və məğrur xalq etdiniz. Tarixi xidmətlərinizi hər zaman yüksək qiymətləndirəcəyik. Həmçinin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Vəliyeva Təhminə.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.