logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kamran Əsgərlidən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

19 oktyabr 2023, 11:53

Salam, hörmətli və dəyərli Prezidentimiz.

İlk dəfədir Sizə məktub yazıram. Sizə ailəmiz adından təşəkkür edirəm. Tam səmimi deyirəm ki, Azərbaycanda yaşamağıma, bu ölkəyə xidmət etməyimə çox şadam.

Son illərdə bu xalqa etdiyiniz misilsiz xidmətlər mənə çox xoş təsir edib. Sizin çıxışlarınızı dinləyəndə bu xalq üçün ürəyinizin necə yandığı açıq-aşkar hiss olunur. Siz ölkəmizə və xalqımıza olan məhəbbətinizi öz əməli işlərinizlə, fədakarlığınızla göstərirsiniz.

Çox sağ olun, dəyərli Prezidentimiz.

Allah Sizi, ailənizi, xalqımızı, ölkəmizi qorusun. Hər şey üçün təşəkkürlər!

Hörmətlə,

Əsgərli Kamran.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi