Sərdar Şərifovdan, Şəki, Azərbaycan


19 oktyabr 2023, 16:04
Hörmətli cənab Prezidentimiz.
Sizi ilk dəfə Prezidentimiz seçilməyinizin, Ali Baş Komandanımız olmağınızın 20 illiyi münasibətilə “Şəki Dövlət Regional Kolleci” publik hüquqi şəxsin kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, çox məsuliyyətli və şərəfli işinizdə daha böyük uğurlar, ailənizə səadət, dövlətimizə daha da artan qüdrət, xalqımıza firavanlıq, inkişaf və tərəqqi arzulayıram.
Siz uğurlu daxili və xarici siyasətinizlə dünyanı heyran qoydunuz. İllərdən bəri ilk dəfə torpaqlarımızın qaytarılması, doğma Xankəndimizdə ucaltdığınız Bayrağımız, yüz ildən çox Azərbaycanın vücudunda daşlaşmış qaniçən daşnak yarasının kəsilib atılması, Azərbaycanımıza qarşı dünya nəhənglərinin aciz qalması suverenliyimizin təntənəsi demək idi.
Biz Sizinlə fəxr edirik, qürur duyuruq. Hər zaman istənilən əmrinizə hazırıq.
Allah Sizi və doğmalarınızı qorusun.
Hörmətlə,
Sərdar Şərifov, “Şəki Dövlət Regional Kolleci” publik hüquqi şəxsin direktoru.
Azərbaycan Respublikası, Şəki şəhəri.