Qüdrət Aslanov və başqalarından, Tərtər, Azərbaycan


19 oktyabr 2023, 15:17
Hörmətli cənab Prezident.
Biz, Çardaxlı kəndinin sakinləri Sizin Ağdərə və Xankəndi şəhərlərinə, Suqovuşana səfərlərinizi, Xankəndinin mərkəzindən xalqa müraciətinizi televiziyadan böyük qürur hissi ilə izlədik. Bir daha ürəyimiz qürur hissi ilə doldu. İşğaldan azad edilən dədə-baba torpaqlarımızda Azərbaycan Bayrağını şəxsən Prezidentimizin ucaltması Sizin gücünüzdən, siyasətinizdən, Vətənə olan məhəbbətinizdən, xalqınıza bağlılığınızdan xəbər verir. İnşallah, biz, Tərtər rayonunun Çardaxlı kənd sakinləri də tezliklə öz kəndimizə dönərik, illərdir bizdən ayrı düşmüş doğmalarımızın məzarlarını ziyarət edər, doğma yurdun havasını udar, suyunu içərik. İllərdir ayrı düşdüyümüz yerlər üçün çox darıxmışıq.
Əziz Prezidentimiz, Sizi Prezident seçilməyinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, respublikamızın inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Kaş ki, bütün övladlar Sizin kimi ata vəsiyyətini yerinə yetirib atalarının ruhlarını şad edələr!
Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizim Prezidentimizsiniz.
Hörmətlə,
Aslanov Qüdrət
Ağayev Vahid
Bağırova Sücayət
Almasov Qabil
Abbasova Əfiqə.
Azərbaycan Respublikası, Tərtər rayonu, Çardaxlı kəndi.