Qafar Cəfərovdan, Bakı, Azərbaycan
11 sentyabr 2012, 11:15
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, Azərbaycan dövlətinin, onun rəsmi bayrağının qorunması yolunda həyatını qurban verəcəyinə and içmiş olan zabitimiz Ramil Səfərovun öz andına sadiq qalaraq, dəfələrlə heysiyyatımıza toxunmaqla mənliyimizi alçaltmağa çalışan erməni zabitinin cavabını layiqincə verməsi bir daha Azərbaycan xalqının öz Vətəni uğrunda canını qurban vermək əzmində olduğunu bütün dünyaya bəyan etmişdir. Onun bu qəhrəmanlığı bundan sonra da əsrlər boyu gələcək nəsillərimizin vətənpərvərlik ruhunun daim yüksəlməsinə xidmət edəcəkdir. Azərbaycan Respublikasının qanunvericiliyini əsas tutaraq onun əfv edilməsi barəsində verdiyiniz bu Sərəncam bütün qeyrətli azərbaycanlıların, o cümlədən mənim də ürəyimcə olmuşdur.
Əsrlər boyu ermənilər tərəfindən azərbaycanlılara və türklərə qənim kəsilən, divan tutan terrorçular, Andranikdən tutmuş Varijan Karapetyan, Malko Melkonyan, “ASALA” terror təşkilatının digər üzvlərinə qədər milli qəhrəman səviyyəsinə yüksəldilmişlər. İkili standartların mövcud olduğu bir zamanda dünya birliyinin qanuni tələblərinə məhəl qoymayan ermənilər və onları dəstəkləyən dövlətlər artıq başa düşməlidirlər ki, Azərbaycan xalqı suveren dövlətimizin və onun layiqli Prezidentinin ətrafında möhkəm birləşərək torpaqlarımızın azad edilməsi yolunda canlarından keçməyə hazırdırlar.
Allah köməyiniz olsun!
Hörmətlə,
Kubra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun cərrahiyyə şöbəsinin həkimi, tibb elmləri namizədi Cəfərov Qafar Məmmədsadiq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.