Fəridə Qaybalıyevadan, Bakı, Azərbaycan
13 sentyabr 2012, 09:30
Möhtərəm Prezident!
Sizi salamlayır və dərin ehtiramımızı bildiririk!
Sizin təəssübkeşliyiniz, vətəndaşlarınıza diqqət və qayğınız, ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, iqtisadi inkişaf, dünya ölkələrini heyrətdə qoyan nüfuzunuz, parlaq sabaha böyük inamınız, mətin və cəsarətli siyasi addımlarınız, xalqımızın ümummilli lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirməyiniz bizi çox qürurlandırır və ruhlandırır.
Azərbaycanda keçirilən “Eurovision-2012” mahnı yarışmasından sonra xalqımızın cəsur oğlu Ramil Səfərov Sizin uzaqgörənliyiniz, səbirli və fədakar fəaliyyətiniz nəticəsində Vətənə qaytarılaraq əfv olundu. O günün sevinci və duaları Sizinlə olsun, cənab Prezident!
Biz Sizi sevir və uca tuturuq. Tanrı Sizi qorusun!
Sizdən növbəti xoş soraq – işğal altındakı torpaqlarımızın zəfər sədasını gözləyirik. İnşallah!
Hörmətlə,
Qaybalıyeva Fəridə Kamil qızı
Filologiya üzrə fəlsəfə doktoru, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İdarə heyətinin üzvü və Qadınlar Şurasının sədri, “Məhsəti” Şairlər Məclisinin sədri və “Məhsəti” jurnalının baş redaktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.