Toğrul Əliyevdən, Naxçıvan, Azərbaycan


18 oktyabr 2023, 14:30
Hörmətli cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə ailəm adından səmimi qəlbdən təbrik edirəm. Ötən 20 il ərzində ölkəmiz Sizin rəhbərliyinizlə böyük inkişaf və tərəqqi yolu keçmişdir. Siz andınıza sadiq qalaraq hər bir azərbaycanlının Prezidenti oldunuz.
Cənab Prezident, bu gün biz böyük tarixi hadisələrə şahidlik edirik. Torpaqlarımız işğaldan azad edildi və suverenliyimiz tam bərpa olundu. Siz Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Mən fəxr edirəm ki, azərbaycanlıyam.
Sizə uzun ömür və cansağlığı arzulayıram.
Hörmətlə,
Əliyev Toğrul, dövlət qulluqçusu.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.