logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəsul Cəfərovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

18 oktyabr 2023, 12:51

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının dövlət suverenliyinin bütün ölkə boyu bərpa edilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, buna nail olmaqdan ötrü çəkdiyiniz zəhmətə, göstərdiyiniz məqsədyönlü fəaliyyətə görə Sizə təşəkkürümü bildirirəm.

Eyni zamanda, Siz bir milyondan artıq məcburi köçkünün hüquqlarını bərpa etdiniz, onların öz doğma yurdlarına qayıdışını başlatdınız.

Hüquqi dövlət quruculuğu və demokratik təsisatların möhkəmləndirilməsi ilə bağlı gələcək fəaliyyət və təşəbbüslərinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Cəfərov Rəsul,

"Bakı İnsan Hüquqları Klubu" İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi