logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Asim Rüstəmdən, Xocavənd, Azərbaycan

Text size icon-size icon-size

18 oktyabr 2023, 11:56

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin müdrikliyiniz, uzaqgörən siyasətiniz, diplomatik məharətiniz və Ordumuzun rəşadəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu. Ötən ay həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə erməni separatçıları məhv edildi. Artıq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub.

Cənab Prezident, mən Xocavənd rayonundanam. Oktyabrın 15-də digər ərazilərdə olduğu kimi, Xocavəndə də Dövlət Bayrağımızı ucaltmağınız illərdir Vətən həsrəti ilə yaşayan valideynlərimdə böyük sevinc və qürur hissi yaratdı. Sizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

Yaşasın Ali Baş Komandanımız!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Asim İntiqam oğlu Rüstəm

Azərbaycan Respublikası, Xocavənd rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi