“Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
17 oktyabr 2023, 18:22
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870; 2007, № 11, maddə 1088; 2008, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1164; 2016, № 12, maddə 2015; 2017, № 6, maddə 1026; 2018, № 7 (I kitab), maddə 1391; 2019, № 4, maddə 599; Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 966-VIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 15.6-cı maddə əlavə edilsin:
“15.6. Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.
Maddə 2. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751; 2017, № 11, maddə 1967; 2018, № 6, maddə 1175, № 11, maddə 2193; 2019, № 7, maddə 1183; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 895, № 12, maddə 1315; 2022, № 7, maddə 692; 2023, № 4, maddə 448) aşağıdakı məzmunda 11.4-cü maddə əlavə edilsin:
“11.4. Qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.
Maddə 3. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333; 2021, № 12, maddə 1310; 2022, № 12, maddə 1395; 2023, № 1, maddə 41) 3.4.11-ci maddəsinə “avtomobillər” sözündən sonra “və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2023-cü il