Vasif Əhmədovdan, Ağdaş, Azərbaycan
10 sentyabr 2012, 12:35
Hörmətli cənab Prezident!
Azərbaycan zabiti Ramil Səfərovun Vətənə gətirilməsi və Sizin əfv Sərəncamınızla azadlığa buraxılması xəbəri 8 illik sızıntımızın bir anda yox olub toy-bayrama çevrilməsinə səbəb oldu. Biz heç şübhə etmirik ki, Ramil Səfərov Sizin böyük səyiniz nəticəsində azad olundu və öz ailəsinə qovuşdu. Sizə Hacı Osman məscidinin dini icmasının üzvləri adından təşəkkür edirik.
Hörmətlə,
Ağdaş rayonu, Hacı Osman məscidi dini icmasının sədri Vasif Əhmədov, Ağdaş şəhər dini icmanın sədri Rəcəb Həmidov, Üçovaq məscidinin dini icmasının təsisçisi və üzvləri adından Şahin Rəhimli, Maşad məscidi dini icmanın sədri Fikrət Famil oğlu Alxazov, Ərəbocaq kənd məscidi dini icmasının sədri T.Sadıqov.
Azərbaycan Respublikası, Ağdaş rayonu.