Razıgül Dadaşovadan, Salyan, Azərbaycan


17 oktyabr 2023, 17:00
Hörmətli cənab Prezident!
Əziz Müzəffər Ali Baş Komandan!
2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının tarixində yeni şanlı bir dövr başladı. Sizin hakimiyyətə gəlməyinizlə Ümummilli Lider Heydər Əliyevin memarı və qurucusu olduğu dövlətimiz daha da gücləndi. Siz prezidentlik missiyasını layiqincə həyata keçirərək Azərbaycan xalqına qələbə sevinci yaşatdınız, ata vəsiyyətini layiqincə yerinə yetirdiniz. 44 günlük Vətən müharibəsi dövründə bütün xalq Sizin ətrafınızda "dəmir yumruq” kimi birləşdi. Otuz illik Vətən, torpaq həsrətinə son qoyuldu.
Sizinlə qürur duyuruq. Bir müəllim kimi, təhsilə olan qayğınıza, bütün respublıkamızda, həmçinin Salyan rayonunda tikilən yeni məktəblərə, müəllimlərə göstərilən diqqətinizə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Əbədi müstəqil Azərbaycanda bizim əbədi Prezidentimiz, Tanrı Sizi qorusun!
Biz həmişə Sizinləyik!
Hörmətlə,
Dadaşova Razıgül Müseyib qızı
Azərbaycan Respublikası, Salyan şəhəri.