Şəhla Rəhimovadan, Salyan, Azərbaycan
Text size


17 oktyabr 2023, 17:15
Hörmətli cənab Prezident!
Sizin dövlət başçısı kimi fəaliyyət göstərdiyiniz 20 il ərzində Azərbaycan hər bir sahədə yüksələn inkişaf xətti keçmişdir. 44 günlük Vətən müharibəsindəki sərkərdəliyiniz sayəsində qazandığımız Zəfərlə adınızı Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazdırdınız. Dünyanın hər yerində sözünü qətiyyətlə, cəsarətlə deyən rəhbərimizin olmasından fəxr edirik.
Əziz Prezident, Sizə cansağlığı, ölkəmizin daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Rəhimova Şəhla Məmmədqasım qızı
Azərbaycan Respublikası, Salyan rayonu.