Fəxri Soltanovdan, Qəbələ, Azərbaycan


17 oktyabr 2023, 15:11
Hörmətli cənab Prezident!
Sizi ölkəmizə rəhbərliyinizin 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Siz 20 illik prezidentliyiniz dövründə sadə vətəndaşların, eləcə də çoxsaylı Azərbaycan gənclərinin daim yanında olub onlara mütəmadi diqqət və qayğı göstərmisiniz. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini, inamını qazanan bir rəhbər kimi gənclər tərəfindən çox sevilirsiniz.
Cənab Ali Baş Komandan, Siz çıxışlarınızda həmişə demisiniz ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm”. Ötən illər ərzində Siz bunu dəfələrlə sübut etdiniz. Gördüyünüz bütün işlərə, xüsusilə də ölkəmizin ərazi bütövlüyünü tam bərpa etdiyinizə görə bütün gənclər adından Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Soltanov Fəxri
Azərbaycan Respublikası, Qəbələ rayonu.