Elmir Quliyevdən, Ağdam, Azərbaycan


17 oktyabr 2023, 12:51
Hörmətli cənab Prezident!
Sizi dövlət başçısı kimi fəaliyyətinizin 20 illiyi münasibətilə təbrik edirik. Siz ötən 20 il ərzində çox böyük işlər görmüsünüz, ölkəmizi inkişaf etdirmiş, onun dünyada nüfuzunu artırmış, xalqımızın rifahını yüksəltmisiniz. Xüsusilə də 30 il düşmən işğalında qalan əzəli torpaqlarımızın azad edilməsi üçün misli görünməmiş siyasi və hərbi səriştə nümayiş etdirmisiniz. Sizinlə qürur duyuruq, çox sevinirik ki, Sizin kimi dünyada tanınan, xalqını, Vətənini sevən bir Liderimiz var. Biz də Sizi sevirik, Sizə güvənirik. Hər zaman Sizin yanınızdayıq, cənab Ali Baş Komandan!
Hörmətlə,
Kənd sakinləri adından Quliyev Elmir.
Azərbaycan Respublikası, Ağdam rayonu, Şıxbabalı kəndi.