Rəbiyyə Paşayevadan, Bakı, Azərbaycan
Text size


17 oktyabr 2023, 12:19
Hörmətli cənab Prezident.
Sizi prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Hər zaman Azərbaycanın xilası, xalqımızın rifahı üçün göstərdiyiniz fəaliyyəti dəstəkləyirəm.
Sizin Vətənə olan sevginiz, əvəzsiz bağlılığınız, mövqelərimizi hər zaman ən yüksək səviyyədə təmsil etməyiniz Sizə xalq sevgisini, rəğbətini qazandırıb.
Bu illər ərzində göstərdiyiniz bütün fəaliyyətləriniz, əzmkarlığınız bu sevgini, rəğbəti sonsuza qədər böyüdüb. Var olun, cənab Prezident!
Hörmətlə,
Paşayeva Rəbiyyə Teymur qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.