İlham Əliyev ABŞ-ın “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Text size
13 sentyabr 2012, 17:30
Prezident İlham Əliyev ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, “Stratfor” analitik mərkəzi ilə ölkəmizin müxtəlif analitik mərkəzləri arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.