Günel Zəkəriyevadan, Zaqatala, Azərbaycan


16 oktyabr 2023, 17:14
Hörmətli cənab Prezident.
Sizi fəaliyyətinizin 20 illiyi münasibətilə kəndimizin sakinləri adından səmimi qəlbdən təbrik edirik.
Bu illər ərzində Sizin səmərəli fəaliyyətiniz sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artdı, möhkəmləndi.
Sizin uzaqgörənliyiniz və uğurlu siyasətiniz sayəsində düşmən tapdağı altında qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Bu günlərdə suverenliyimizin tam bərpa olunması isə ürəyimizi dağa döndərdi.
Azərbaycanın rifahı naminə, gələcək nəsillərin xoşbəxtliyi üçün çəkdiyiniz zəhməti hamımız qiymətləndiririk.
Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Zəkəriyeva Günel İlyas qızı
Azərbaycan Respublikası, Zaqatala rayonu, Dağlı kəndi.