Ceyhun Həbiblidən, Bakı, Azərbaycan


16 oktyabr 2023, 17:02
Cənab Prezident!
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, Xankəndi şəhərində və Qarabağın digər ərazilərində Dövlət Bayrağımızı ucaltmağınız münasibətilə təbrik edirəm. Bu gün böyük qürurla deyə bilərəm ki, mən azərbaycanlıyam. Torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Siz Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Siz çıxışlarınızın birində demişdiniz: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Biz də xoşbəxt xalqıq ki, Sizin kimi cəsarətli, müdrik Ali Baş Komandanımız var. Ən böyük arzumuz odur ki, Siz bizim ömürlük Prezidentimiz olasınız. Çünki Sizin rəhbərliyinizlə Azərbaycanın hələ çox uğurlar qazanacağına inanırıq.
Hörmətlə,
Həbibli Ceyhun
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.