Laçın Babayevadan, Salyan, Azərbaycan
Text size


16 oktyabr 2023, 13:38
Hörmətli cənab Prezident!
Sizi Prezident seçilməyinizin 20 illiyi ilə əlaqədar olaraq Azərbaycanın Milli Qəhrəmanı anası kimi səmimi-qəlbdən təbrik edirəm və Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.
Sizin ötən 20 ildə xalqımız üçün gördüyünüz işlərin hamısı dillər əzbəridir. Ən əsası torpaqlarımızı işğaldan tamamilə azad edərək xalqımıza böyük sevinc bəxş etdiniz, şəhid valideynlərinin ürəyinə su səpdiniz. Düşməndən qisasımız alındı.
Tanrı Sizə hər zaman Zəfərli günlər qismət eləsin!
Hörmətlə,
Babayeva Laçın,
Azərbaycanın Milli Qəhrəmanı anası.
Azərbaycan Respublikası, Salyan rayonu, Yeni Uluxanlı kəndi.