logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaqut Ələsgərovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

16 oktyabr 2023, 14:06

Möhtərəm cənab Prezident!

Siz 20 illik fəaliyyətiniz dövründə xalqımıza sonsuz qürur hissləri yaşatdınız. Azərbaycanın davamlı inkişafı, xalqımızın firavan həyatının təmin edilməsi istiqamətində gördüyünüz böyük işlər, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, eləcə də ötən ay Qarabağda həyata keçirilən antiterror tədbirləri və nəticə olaraq Dövlət Bayrağımızın Xankəndidə və digər ərazilərimizdə ucaldılması – bütün bunlar Sizin tarixi xidmətlərinizdir.

Müzəffər Ali Baş Komandan, gördüyünüz bütün bu işlərə görə respublikamızın çoxminli müəllim ordusu adından Sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Ələsgərov Yaqut, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Salyan rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi