Şərqiyyə Şahpələngova və Sakit Bağırovdan, Gəncə, Azərbaycan
07 sentyabr 2012, 16:10
Hörmətli Prezident!
Sizin Macarıstanda həbsdə olan Ramil Səfərovla bağlı verdiyiniz əfv Sərəncamı biz Saatlı rayonunun çoxsaylı mədəniyyət işçilərinin sonsuz sevincinə səbəb olmuşdur. Azərbaycan millətinin bayrağını və şəhidlərini təhqir edən erməni zabitinin cavabını layiqincə verən Ramil Səfərovun həbsi hər bir vətənpərvər Azərbaycan vətəndaşının qəlbini əzirdi. Hamı Ulu Tanrıdan və Azərbaycan xalqının hüquq və azadlıqlarının qarantı olan Siz hörmətli Prezidentimizdən kömək gözləyirdi. Bu Sərəncamla bir daha Siz özünüzün nə qədər humanist, genişqəlbli bir şəxsiyyət, alicənab və xeyirxah bir insan olduğunuzu sübut etdiniz. Sizə Azərbaycan xalqının rifahı və xoşbəxtliyi naminə cansağlığı, xoşbəxtlik arzu edirik. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan Respublikasının çiçəklənməsi naminə başladığı və Sizin uğurla davam etdirdiyiniz hər bir işdə müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Gəncə şəhər Mədəniyyət və turizm şöbəsinin əmək kollektivi adından Şərqiyyə Şahpələngova, həmkarlar komitəsinin sədri Sakit Bağırov.
Azərbaycan Respublikası, Gəncə şəhəri.