logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb

Text size icon-size icon-size

15 oktyabr 2023, 17:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi