logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ramil Həsənovdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

13 oktyabr 2023, 18:30

Cənab Ali Baş Komandan.

Sizi alqışlayıram. Siz çox gözəl və müdrik siyasət yürüdürsünüz. Nəyi nə zaman və necə etmək lazım olduğunu çox gözəl bilirsiniz. Mən Sizin siyasətinizə inanılmaz dərəcədə heyranam. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində həyata keçirilmiş antiterror tədbirlərinin nəticələri möhtəşəmdir. Bu qərar məhz Sizin qətiyyətli mövqeyinizin bariz nümünəsidir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Mən 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Qismətim şəhidlik yox, qazilik oldu.

Biz müzəffər xalq olaraq dövlətimizə və ərazi bütövlüyümüzə qarşı yönəlmiş istənilən qanunsuz hərəkətlərə heç bir zaman səssiz qalmayacağıq. Biz hər zaman Sizin qətiyyətli addımlarınızı dəstəkləyir və müzəffər Ordumuzla qürur duyuruq.

İnşallah gələcək planlarınız da gözəl şəkildə həyata keçər. Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın qalib Azərbaycan xalqı!

Hörmətlə,

Həsənov Ramil, Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi