logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Lətafət Muradova və başqalarından, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

11 oktyabr 2023, 19:00

Hörmətli cənab Prezident!

Sizin əhalinin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul etdiyiniz qərarları alqışlayırıq. Bunların sayəsində vətəndaşların güzəranı yaxşılaşır, onların qayğıları aradan qaldırılır. Bu istiqamətdə gördüyünüz işlər, qəbul etdiyiniz qərarlar, atdığınız addımlar vətəndaşlarımızın gələcəyə olan inamını daha da artırır.

Sizin göstərişinizlə Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan yataqxanalarda yaşayan sakinlərin köçürülməsi biz sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Bu diqqət və qayğıya görə sakinlər adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Muradova Lətafət Səməndər qızı,

Şükürova Səbinə Faiq qızı,

Hüseynov Əjdər Ağalar oğlu,

Ağakişiyeva Məlahət İslah qızı,

Əliyeva Aytən Elşad qızı,

Məmmədov Orxan Fəxrəddin oğlu,

Hüseynov Əsgər Ağabala oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi