Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06 oktyabr 2023, 17:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 882; 2011, № 2, maddə 143, № 6, maddə 534, № 9, maddə 810; 2012, № 1, maddə 18, № 3, maddə 248; 2013, № 5, maddə 548, № 11, maddə 1346; 2014, № 1, maddə 28, № 2, maddə 174, № 9, maddələr 1080, 1108; 2015, № 11, maddə 1361, № 12, maddə 1552; 2016, № 3, maddə 531; 2017, № 5, maddə 919; 2018, № 2, maddə 269, № 10, maddə 2043; 2019, № 4, maddə 687; 2020, № 2, maddə 166; 2021, № 12, maddə 1445; 2023, № 6, maddə 805) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2023-cü il