Gülarə Yusifovadan, Cəbrayıl, Azərbaycan
Text size
05 oktyabr 2023, 16:38
Hörmətli cənab Prezident.
Mənim 87 yaşım var, 55 ildən çox müddətdə səhiyyə orqanlarında həkim-pediatr kimi xalqımıza qüsursuz xidmət göstərmişəm.
Cəbrayıl rayonu 1993-cü ildə işğal olunanadək rayonumuzda baş həkim və həkim-pediatr kimi fəaliyyət göstərmişəm.
1993-cü ildə Cəbrayıl işğal olunandan sonra vətən həsrəti ilə yaşayırdıq. Sizin qətiyyətiniz, siyasi iradəniz, igid Azərbaycan oğullarının qəhrəmanlığı nəticəsində həsrətimizə son qoyuldu, vətənimizə qovuşduq.
Torpaqlarımızı işğaldan azad etdiyinizə, xalqımıza hədsiz sevinc bəxş etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Yusifova Gülarə İsgəndər qızı.
Azərbaycan Respublikası, Cəbrayıl rayonu.