Şamil Nurəliyevdən, Saatlı, Azərbaycan
07 sentyabr 2012, 11:40
Cənab Prezident!
Damarlarında azərbaycanlı qanı daşıyan hər bir kəsin şəxsi probleminə çevrilmiş Ramil Səfərov düyününü açdığınıza və bu səbəbdən də ən azı 50 milyonluq bir xalqı, bütövlükdə çoxmilyonlu türk dünyasını sevindirdiyinizə görə Sizə səmimi qəlbdən öz minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Bu ədalətli hərəkətinizlə Siz dünyanın diqqətini bir daha erməni işğalına yönəltdiniz. Heç kəsin Sizi qınamağa haqqı yoxdur. Qoy ermənilər də bilsinlər ki, Azərbaycan xalqı gec-tez öz torpaqlarını Sizin rəhbərliyinizlə azad edəcəklər.
Hörmətlə,
Nurəliyev Şamil,
Saatlı RTŞ-nin direktoru
Azərbaycan Respublikası, Saatlı rayonu