İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüllətif Camal Rəşidə
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
03 oktyabr 2023, 11:04
Hörmətli cənab Prezident,
İraq Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan-İraq münasibətləri birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2023-cü il