Ənvər Məmmədovdan, Neftçala, Azərbaycan
Text size
12 sentyabr 2012, 12:30
Çox hörmətli Prezident!
Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş hərbçimiz Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsindəki səylərinizə və əfv olunması ilə bağlı Sərəncamınıza görə Sizə ailəm adından təşəkkürümüzü bildirirəm.
Hamı elə düşünürdü ki, bu məsələ artıq qapanıb, amma Sizin beynəlxalq aləmdəki şəxsi nüfuzunuz və səmərəli fəaliyyətiniz sayəsində Ramil doğma Vətəninə qaytarıldı.
Azərbaycanımızın inkişafı naminə atdığınız addımlarda və apardığınız məqsədyönlü siyasətdə Sizə güvənir və Sizi daim dəstəkləyirik.
Hörmətlə,
Məmmədov Ənvər Qənbər oğlu
Azərbaycan Respublikası, Neftçala şəhəri.