Günel Qədimalıyevadan, Xocavənd, Azərbaycan
Text size
02 oktyabr 2023, 10:37
Çox hörmətli cənab Prezident.
Sizin Sərəncamınızla xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Hər il bu ərəfədə əhvali-ruhiyyəmiz dəyişir, həmin Zəfəri sanki yenidən yaşayırıq, fəxr edib qürurlanırıq.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qədimalıyeva Günel Cavanşir qızı.
Azərbaycan Respublikası, Xocavənd rayonu, Əmirallar kəndi.