Emil Zəkidən, Qəbələ, Azərbaycan
28 sentyabr 2023, 11:30
Hörmətli cənab Prezident.
Öncə, ölkəmizdə olan əmin-amanlığa və təhsil sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə Qəbələ rayonunun Nic qəsəbə 1 saylı tam orta məktəbinin kollektivi adından Sizə minnətdarlığımızı bildirirəm.
Sizin Sərəncamınızla qəsəbəmizdə 200 şagird yerlik yeni məktəb binasının tikilməsi təhsilə verdiyiniz önəmin daha bir bariz nümunəsidir. Ulu Öndərimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" sözləri hər bir təhsil işçisinin devizidir. Yeni məktəb binasının tikilməsi qəsəbəmizin gələcəyi üçün mühüm bir amildir.
Xalqımıza daim dayaq olaraq, bizim həyat şəraitimizin yaxşılaşdırılmasına, sağlamlığımızın qorunmasına və problemlərimizin həll edilməsinə göstərdiyiniz xüsusi diqqətə görə Sizə və Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlığımızı bildirirəm.
Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram.
Nic qəsəbə 1 nömrəli tam orta məktəbin kollektivi adından hörmətlə,
Emil Zəki
Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.