logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məlahət Zəngiyeva və başqalarından, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

27 sentyabr 2023, 16:27

Hörmətli cənab Prezident.

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə qısa müddətdə saldığı şəhərlər, yaratdığı infrastruktur insanı heyrətə gətirir.

Belə qızğın işlərin getdiyi bir vaxtda Zaqatalada güclü leysan yağması nəticəsində evlərə və fərdi təsərrüfatlara dəyən ziyanın dərhal aradan qaldırılması hamımızı həm sevindirdi, həm də duyğulandırdı.

Bu diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, Sizin bütün qərarlarınızı dəstəklədiyimizi bəyan edirik.

Hörmətlə,

Zəngiyeva Məlahət Ramazan qızı

Carayev Şaban Məmməd oğlu

Musayev Hacımurad Rəfayıl oğlu

Bulayev Abdurəhman Bulay oğlu

Bolayeva Elmira Məmməd qızı.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Kebeloba kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi