logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Flora Səfərova və başqalarından, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

27 sentyabr 2023, 14:00

Hörmətli cənab Prezident.

Ölkəmizdə təhsil sahəsi hər zaman Sizin diqqətinizin mərkəzində olub. Sizin tapşırığınıza əsasən Tərtər şəhər, Şikar Şikarov adına 5 saylı tam orta məktəb üçün yeni binanın tikilib istifadəyə verilməsi təhsilə olan qayğınızın sübutudur.

Builki Bilik Günü 5 saylı tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri üçün ikiqat bayram oldu. Onlar artıq yeni məktəbdə təhsil alacaq və dərs keçəcəklər. Yeni məktəb binasında müəllimlərin tədris prosesini həyata keçirmələri, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb. Gələcəyimiz olan uşaqların onlar üçün yaradılan bu imkanlardan maksimum faydalanaraq ölkəmizə layiqli vətəndaş və savadlı kadrlar kimi yetişəcəklərinə inanırıq.

Sizin və Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı həyata keçirdiyiniz iri layihələr, yeni tikilən məktəblər, uşaq evləri, təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən tədbirlər Azərbaycanın gələcəyi naminə atılan mühüm addımlardır.

Çox sağ olun, əziz Prezidentimiz!

5 saylı tam orta məktəbin şagirdlərinin valideynləri adından hörmətlə,

Səfərova Flora

Əzizova Yaqut

Əliyeva Sevda.

Azərbaycan Respublikası, Tərtər şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi