logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan

Text size icon-size icon-size

26 sentyabr 2023, 17:14

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Zati-alinizin sarsılmaz qətiyyəti və əzmi sayəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərinin zəfərlə başa çatması bizim kimi, bütün Türk və İslam dünyasında sevinclə qarşılandı.

Fürsətdən istifadə edərək, Sizə və lideri olduğunuz Azərbaycan xalqına ən xoş arzularımı, təbriklərimi və ehtiramımı ifadə edirəm.

Ekmələddin İhsanoğlu

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi