logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

German Zaxaryayevdən, Moskva, Rusiya

Text size icon-size icon-size

26 sentyabr 2023, 13:44

Hörmətli cənab Prezident.

Rusiya Federasiyasında yaşayan və əslən Azərbaycandan olan dağ yəhudiləri icmasının və şəxsən öz adımdan yürütdüyünüz müdrik xarici siyasətə və rəhbərlik etdiyiniz Azərbaycan Ordusunun rəşadətli fəaliyyətinə heyranlığımı bildirirəm.

Otuz ildən artıq işğalçıların ayaqları altında qalmış ərazilərdə Azərbaycan bayraqları yenidən əzəmətlə dalğalanır. Nəhayət ki, bu gün Azərbaycan dövlətinin suverenliyinin bərpası ilə atanız - Ümummilli Lider Heydər Əliyevin arzusu gerçəkləşdi.

Şübhə yoxdur ki, Azərbaycan Qarabağı yaxın gələcəkdə regionun ən cəlbedici guşələrindən birinə çevirəcək və qədim Şuşa dünyanın hər yerindən onun gözəlliyindən həzz alacaq qonaqları qəbul edəcək.

Biz - Azərbaycanda doğulub Rusiyada yaşayanlar Vətənimizin bütün sahələrdə, xüsusilə də ərazi bütövlüyünün və ədalətin bərpasında qazandığı uğurlarına heyranıq. Biz Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir, hökumətin və xalqın qətiyyətini, birliyini alqışlayırıq.

Bizim işimiz haqdır! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Zaxaryayev German, "STMEGİ" Beynəlxalq Xeyriyyəçilik Fondunun prezidenti.

Rusiya Federasiyası, Moskva şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi