logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Dürdanə Əliyeva və başqalarından, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

26 sentyabr 2023, 14:25

Hörmətli cənab Prezident.

Zaqatala rayonunun sakinləri bölgəni cənginə alan təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərdən çox məmnundurlar. Buna görə bütün rayon sakinləri adından Sizə təşəkkür edirik.

Leysan yağışlarının fərdi evlərə və şəxsi təsərrüfatlara vurduğu ziyan qısa müddətdə aradan qaldırıldı, sakinlərə yardımlar edildi.

Bu nəcib təşəbbüsü razılıqla qarşılayır, göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, ölkəmiz üçün görülən işlərdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyeva Dürdanə Şıxamır qızı

Ağayeva Vüsalə Fərhad qızı

Əhmədov Ravin Rəşid oğlu

Məmmədova Səlimat Əzizxan qızı

Şabanov Vasif Şaban oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Yuxarı Tala kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi