Bəybala Rüstəmovdan, Şirvan, Azərbaycan


25 sentyabr 2023, 11:43
Möhtərəm cənab Prezident!
Bir neçə gün əvvəl biz qürurverici, fəxarət dolu anların şahidi olduq. Qarabağ bölgəsində çox qısa müddətə həyata keçirilən və böyük uğurla nəticələnən antiterror tədbirləri həqiqətən də mühüm əhəmiyyətə malik tarixi hadisədir. Uzun illər torpaqlarımızda mövcud olmuş erməni separatizminin kökü kəsildi.
Cənab Ali Baş Komandan, Siz verdiyiniz vədləri qətiyyətlə, istənilən şəraitdə yerinə yetirirsiniz. Sizin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikriniz son hadisələrlə bir daha öz təsdiqini tapmış oldu. Antiterror tədbirlərinin nəticələri ilə bağlı xalqa müraciətinizi izləyəndə ürəyimiz fəxarət hissindən dağa döndü. Sizinlə qürur duyuruq, cənab Prezident!
Hörmətlə,
Rüstəmov Bəybala
Azərbaycan Respublikası, Şirvan şəhəri.