Məmmədəli Hüşənov və başqalarından, Zaqatala, Azərbaycan


25 sentyabr 2023, 13:00
Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan təbii fəlakətlərlə mübarizə istiqamətində ölkəmizdə aparılan işləri yüksək qiymətləndirir, böyük məmnuniyyət hissi ilə Sizə təşəkkürümüzü bildiririk.
2023-cü il sentyabrın 7 və 8-i Zaqatala rayonunda küləklə müşahidə olunan güclü yağış nəticəsində bir çox fərdi tikililərin dam örtüyü uçmuş, sakinlərə məxsus təsərrüfatlara xeyli ziyan dəymiş, iri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılmışdı.
Qısa müddət ərzində dəymiş ziyanın aradan qaldırılması üçün sakinlərimizə fərdi yaşayış evlərinin təmiri və təsərrüfatlarının bərpası üçün yardım göstərildi, fəsadlar aradan qaldırıldı.
Göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, ölkəmizin inkişafı üçün görülən işlərə görə uğurlar arzulayırıq.
Hörmətlə,
Hüşənov Məmmədəli Məmməd oğlu,
Davudov Şamil Hacı oğlu,
Şirinov Abdulnəsir Şirin oğlu,
Hüseynova Rubeyzət Şamil qızı.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Car kəndi.