Cəmil Quliyevdən, Lənkəran, Azərbaycan
Text size
22 sentyabr 2023, 17:05
Salam cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bu gün regionda erməni terroruna, separatizminə, özbaşınalığına yer qalmayıb. Ermənilərin burada yaşamağa davam etməsinin yeganə şərti Azərbaycan vətəndaşı olmaları barədə həqiqəti təsdiq etmələridir. Bu həqiqəti qəbul etməyənlərin, revanşist hisslərlə yaşayanların və separatçıların aqibəti isə göz qarşısındadır.
Bütün bunlar Sizin və Ali Baş Komandanı olduğunuz rəşadətli Ordumuzun növbəti Zəfər təntənəsidir.
Hörmətlə,
Quliyev Cəmil Şamil oğlu
Azərbaycan Respublikası, Lənkəran şəhəri.