logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vidadi Həsənovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

22 sentyabr 2023, 13:11

Hörmətli cənab Prezident.

Sizi yeni Qələbə - Qarabağın Xankəndi və ətraf ərazilərinin tam nəzarətimizə keçməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bütün bunlar Sizin düşünülmüş siyasətiniz sayəsində mümkün oldu.

Cənab Prezident, tariximizə qızıl hərflərlə yazılmış şanlı tarixi Qələbəmiz bizi çox qürurlandırdı və sevincimizin həddi-hüdudu yoxdur. Xalqımıza bu tarixi anları yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Allah Sizi və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Həsənov Vidadi

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi