Eldar Əfəndiyevdən, Moskva, Rusiya
Text size
22 sentyabr 2023, 12:04
Hörmətli cənab Prezident.
Azərbaycan xalqına misli görünməyən tarixi və şərəfli Qələbə yaşatdığınız üçün vətəndaş cəmiyyətinin bir üzvü kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.
Apardığınız məqsədyönlü siyasət nəticəsində güclənən Azərbaycan Ordusu tərəfindən mənfur düşmən üzərində qazanılan şanlı Qələbəni dəstəkləyən qardaş Türkiyə ilə yanaşı, bu Zəfəri həzm edə bilməyən, gözü götürməyən bəzi qüvvələr də mövcuddur.
Allah Sizin kölgənizi xalqımızın başı üstündən əskik etməsin.
Hörmətlə,
Əfəndiyev Eldar Tohid oğlu
Rusiya Federasiyası, Moskva şəhəri.