logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

T.Məmmədovdan, Kürdəmir, Azərbaycan

Text size icon-size icon-size

06 sentyabr 2012, 15:50

Möhtərəm cənab Prezident!

Azərbaycan Ordusunun qeyrətli və igid zabiti Ramil Səfərovun azadlığa qovuşması istiqamətində atdığınız addıma görə öz minnətdarlığımızı bildirir və Sizi bu böyük qələbə münasibətilə təbrik edirik. Biz bir daha gördük ki, Sizin üçün hər bir əsgər, hər bir zabit nə qədər əzizdir. Belə qətiyyətli addımlar bizi böyük qələbəyə aparır, buna şübhəmiz yoxdur. İnşallah bayrağımızın Qarabağ üzərində dalğalanmasını arzulayırıq.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Kürdəmir Suvarma Sistemləri İdarəsinin kollektivi adından hörmətlə,
T.Məmmədov

Azərbaycan Respublikası, Kürdəmir rayonu

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi