Gülbahar Abdullayevadan, Bakı, Azərbaycan
Text size
18 sentyabr 2023, 15:20
Əziz Prezidentim!
Mənim övladım Vətən müharibəsi iştirakçısıdır. Onun bəzi problemləri var idi. Çox şükürlər olsun ki, bununla əlaqədar müraciətimə operativ baxıldı və övladım işlə təmin olundu.
Mən və oğlum bizə göstərilən münasibətdən, səmimiyyətlə və mehriban qəbul olunmağımızdan, problemlərimizin həllinə qayğıkeş yanaşılmasından çox razı qaldıq və şad olduq.
Bunun üçün bir ana olaraq, Sizə minnətdaram, cənab Ali Baş Komandan!
Allah Sizi qorusun!
Hörmətlə,
Abdullayeva Gülbahar
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi.