Rüfət Əsədullayev və başqalarından, Astara, Azərbaycan
13 sentyabr 2023, 13:07
Hörmətli cənab Prezident!
“Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2023-cü il 8 sentyabr tarixli Sərəncamınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Bu yolun həm respublikamız, həm də rayonumuz üçün önəmi çox böyükdür. İnanırıq ki, bu yolun əsaslı təmiri bütövlükdə ölkə iqtisadiyyatı üçün mühüm töhfələr verəcək.
Cənab Prezident, Azərbaycan və azərbaycanlılar üçün gördüyünüz misilsiz işlər Sizi xalqımızın gözündə daha da ucaldır. Yeriniz daim ucadan-uca olsun.
Hörmətlə,
Əsədullayev Rüfət, Qarabağ müharibəsi qazisi,
Əliyev Qənbər,
Həsənov Əhməd,
Baxşıyev Sultanağa.
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.