Hökmən Bayramovdan, Ağdam, Azərbaycan
31 avqust 2023, 19:10
Hörmətli cənab Prezident.
Bu məktub vasitəsilə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bunun səbəbi Sizə ünvanladığım müraciətin müsbət nəticə verməsidir. Sizə müraciətimdən sonra övladımın problemi həll edildi və o, işinə bərpa olundu.
Azərbaycan Sizin rəhbərliyinizlə davamlı inkişaf yolundadır. Bu inkişaf hesabına əhalinin güzəranı da yaxşılaşır. Ölkə əhalisini narahat edən problemlər həll olunur. Bütün bunlar Sizin xalqa möhkəm tellərlə bağlı olduğunuzu və xalqın daha yaxşı yaşaması üçün yorulmadan çalışdığınızı göstərir.
Cənab Prezident, özümə söz vermişəm ki, yenə hansısa problemlə qarşılaşsam və həll edə bilməsəm mütləq Sizə yazacağam. Mən və ailəm daim Sizinləyik və hər zaman Sizi dəstəkləyəcəyik. Allah Sizin kölgənizi xalqımızın üstündən əskik etməsin.
Sizə şəxsən öz adımdan və bütün qohum-əqrəbam adından təşəkkür edirəm.
Hörmətlə,
Bayramov Hökmən
Azərbaycan Respublikası, Ağdam rayonu, Mərzili kəndi.