Şəhid anasından, Masallı, Azərbaycan
01 sentyabr 2023, 14:10
Hörmətli cənab Prezident.
Mən 11 övlad anasıyam. Oğlum Qurbanov Arzuman Mirzəli oğlu Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Nəvəm Həbibov Arzuman Əlipaşa oğlu 44 günlük Vətən müharibəsi qazisidir.
Biz 4 ailənin məskunlaşdığı yaşayış evimizin vəziyyətinin qənaətbəxş olmadığından narahatlıq keçirirdik. Bir müddət öncə ailəmiz üçün fərdi yaşayış evinin tikintisinə başlandı. Nəhayət bu günlərdə evimizin açarı bizə təqdim edildi.
Bu səbəbdən Sizə böyük minnətdarlığımı bildirmək istəyirəm. Siz öz addımlarınızla, gördüyünüz işlərlə bütün dünyaya ölkəmizin gücünü, Azərbaycandakı birlik nümunəsini və şəhid ailələrinə qayğınızı, diqqətinizi göstərirsiniz. Dünya isə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək ucaltdığınız Azərbaycanın bu inkişaf dinamikasının şahidi olur.
Bizə olan xüsusi diqqət və qayğıya görə bir daha Sizə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm.
Hörmətlə,
Həbibova Nabat, şəhid anası.
Azərbaycan Respublikası, Masallı rayonu, Rüdakənar kəndi.